BMT - Ukraynadakı müharibə də daxil olmaqla, dünyada qaçqınların sayı ilk dəfə olaraq 100 milyonu ötüb.
BMT - Ukraynadakı müharibə də daxil olmaqla, dünyada qaçqınların sayı ilk dəfə olaraq 100 milyonu ötüb.

Dünyada qaçqınların sayı ilk dəfə olaraq, Ukraynadakı müharibə səbəbindən 100 milyonu ötüb, – BMT bildirir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, insanlar hərbi və vətəndaş qarşıdurmaları, təqiblər, insan hüquqlarının pozulması və ya digər bu kimi səbəblərə görə ölkələrini tərk etməyə məcbur olublar.

Məlumata görə, belə sıçrayışın katalizatorlarından biri Rusiyanın Ukraynada apardığı müharibə olub. BMT ekspertlərinin hesablamalarına görə, münaqişə başlayandan bəri 14 milyondan çox ukraynalı didərgin düşüb. Onların altı milyona yaxını ölkəni tərk edib, daha səkkiz milyonu isə məcburi köçkün olub.

Məcburi Köçkünlər Mərkəzinin (IDMC) hesabatına görə, dünya üzrə qaçqınların sayı artıq dünya əhalisinin bir faizini ötür.