BMT Rusiyanı Ukraynada uşaqları öldürdüyünə və hüquqlarını pozduğuna görə “qara siyahıya” saldı

11:17, 23.06.2023

BMT Rusiyanı Ukraynada uşaqları öldürdüyünə və hüquqlarını pozduğuna görə “qara siyahıya” saldı.

BMT-nin Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabata görə, Rusiya silahlı qüvvələri və onlara bağlı qruplar keçən ildən bəri məktəb və xəstəxanalara 480-ə yaxın hücum həyata keçirib. Bu hesabata uyğun olaraq, hücumlar nəticəsində 156 uşaq həlak oldu və 518-i xəsarət aldı.

Həmin hesabatda deyilir ki, son bir il ərzində münaqişələr fonunda dünyanın 24 ölkəsində uşaqlara qarşı zorakılıq halları aşkarlanıb və bunda 13 469 uşaq zərər çəkib. O cümlədən 2 985 həlak olub. Belə ölkələrin siyahısına Myanma, Cənubi Sudan, Mərkəzi Sahel ölkələri, o cümlədən Burkina Faso daxildir. Eləcə də, BMT-nin məlumatına görə, Kolumbiya, İsrail və Fələstin ərazilərində, Livan, Liviya, Mali, Nigeriya, Sudan və Suriyada zorakılıq artıb.

Oxşar