Qəzza zolağında aclığın ən pis ssenarisi artıq reallığa çevrilib – bu barədə BMT-nin Qida Təhlükəsizliyi Fəzalarının İnteqral Təsnifatı Agentliyi (IPC) bəyanat yayıb.
Hesabatda qeyd olunur ki, “getdikcə daha çox məlumat təsdiqləyir ki, geniş yayılmış aclıq, qeyri-kafi qidalanma və xəstəliklər aclıqla bağlı ölüm hallarının artmasına səbəb olur”.
Ən son məlumatlara görə, Qəzza zolağının böyük hissəsindəki vəziyyət artıq aclıq anlayışı üçün müəyyən olunmuş həddə çatıb.