BMT-nin məlumatına görə, ukraynalı qaçqınların sayı 2 milyonu keçib

16:59, 08.03.2022

Müharibə vəziyyəti başlayandan bəri ukraynalı qaçqınların sayı 2 milyonu ötüb. Məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrande yayıb.

Qaçqınların yarıdan çoxunun Polşaya, 140.000-dən çoxunun Slovakiyaya, 190.000-dən çoxunun Macarıstana, 80.000-dən çoxunun Rumıniyaya, 80.000-dən çoxunun Moldovaya, 100.000-ə qədərinin Rusiyaya, 500-ə qədərinin isə Belarusa köçdüyü bildirilir.

Filippo Qrandenin sözlərinə görə, Ukrayna böhranı İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətlə böyüyən qaçqın böhranıdır.

Oxşar