BMT-nin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 250-si uşaq olmaqla 3752 mülki şəxs həlak olub.
BMT-nin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 250-si uşaq olmaqla 3752 mülki şəxs həlak olub.

BMT-nin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 3752 dinc sakin həlak olub, 4062 nəfər isə yaralanıb. Həlak olanlar arasında 250 uşaq da var.

BMT qeyd edir ki, bu məlumatlar qeyri-dəqiqdir və intensiv döyüşlərin getdiyi ərazilərdən gələn məlumatların yoxlanılması mümkün olmadığı üçün itkilərin faktiki sayı daha çoxdur.

Xüsusilə, BMT-də Mariupol, İzium və Popasnayadan olan qurbanlar haqqında tam məlumat yoxdur. Mariupol merinin sözlərinə görə, şəhərdə azı 20 min insan həlak olub.