BMT-nin məlumatına görə, Ukrayaya intervensiya günündən Rusiya yaşayış məntəqələrində ən azından 24 dəfə kaset raket silahından istifadə edib
BMT-nin məlumatına görə, Ukrayaya intervensiya günündən Rusiya yaşayış məntəqələrində ən azından 24 dəfə kaset raket silahından istifadə edib.
Qeyd olunan barəsind BMT-nin İnsan Haqları üzrə Ali Komissarı, Mişel Baçelet bəyan etdi.
“Rusiya silahlı qüvvələrinin fevralın 24-dən bəri Ukraynanın məskunlaşdığı ərazilərdə kasetli sursatlardan iyirmi dəfədən çox istifadə etdiyi barədə etibarlı məlumatlar var”, – Baçelet bəyan etdi.
Baçeletin amıqlamasına görə, bir aydan çoxdur ki, Ukraynanın bütün əhalisi dəhşətli vəziyyətdədir. Onun dediyinə görə, milyonlarla insanın həyatının alt-üst edildiyini, çünki onlar evlərini tərk etməyə və ya zirzəmilərdə, sığınacaqlarda gizlənmək məcburiyyətində qalaraq şəhərlərinin bombalanması və yerlə-yeksan edilməsinə səbəb olduğunu bildirib.
BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, artıq dörd milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə köçmək məcburiyyətində qalıb. Onların 2,3 milyonu hazırda Polşada, 608 mini Rumıniyada, yüz minlərləsi Moldova, Macarıstan, Slovakiya, eləcə də Rusiyadadır. Eyni zamanda, UNİCEF-in məlumatına görə, iki milyondan çox uşaq Ukraynanı tərk edib.
Baçelet Rusiyanı BMT Baş Assambleyasının çağırışlarını dinləməyə və silahlı qüvvələrini Ukraynadan çıxarmağa çağırdı.