BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ən azı 816 dinc sakin həlak olub
BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ən azı 816 dinc sakin həlak olub

BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra azı 816 dinc sakin həlak olub, 1333 nəfər isə yaralanıb.

BMT-nin məlumatına görə, onların əksəriyyəti ağır artilleriya və salvo atəş sistemləri, həmçinin raket və hava zərbələri nəticəsində həlak olub.

Bununla belə, “Reuters” yazır ki, qurbanların real sayı xeyli çoxdur, çünki BMT-nin monitorinq xidmətinin mühasirədə olan şəhərlərdə, o cümlədən Mariupolda vəziyyətlə bağlı məlumat əldə etmək imkanı yoxdur.