BMT-nin məlumatına görə, Rusiya tərəfindən müharibə başlayandan bəri dörd milyondan çox insan Ukraynanı tərk edib
Rusiya tərəfindən müharibə başlayandan bəri dörd milyondan çox insan Ukraynanı tərk edib. Müvafiq məlumatları BMT-nin Qaçqınlar üzrə Agentliyi yayıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrande hazırda Lvovdadır.
“Rusiyanın hücumunun başlamasından 5 həftə sonra Ukraynadan olan qaçqınların sayı dörd milyona çatıb. Mən Ukraynaya yenicə gəlmişəm. Lvovda mən səlahiyyətlilər, BMT və digər tərəfdaşlarla bu mənasız müharibədən əziyyət çəkənlərə və məcburi köçkünlərə dəstəyimizi artırmaq yollarını müzakirə edirəm”, – BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Twitter-də yazıb.
Təşkilatın məlumatına görə, 2,3 milyon ukraynalı qaçqın Polşaya, 608 mindən çoxu Rumıniyaya, 387 mindən çoxu Moldovaya, 365 minə qədəri isə Macarıstana köçüb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Ukraynadan qaçqın axınının sürətinin və miqyasının İkinci Dünya Müharibəsindən bəri Avropada görünməmiş olduğunu bildirib. Ukraynadan qaçanların 90 faizi qadın və uşaqlardır. Yaşı 18-dən 60-a qədər olan və hərbi xidmət keçmək hüququ olan ukraynalı kişilərin ölkədən çıxışına qadağa qoyulub.