BMT-nin məlumatına görə, Qara Dəniz vasitəsilə taxıl ixracı razılaşmasının müddəti 120 günlə uzadıldı

15:11, 17.11.2022
FILE PHOTO: Cargo ship Rubymar, carrying Ukrainian grain, is seen in the Black Sea off Kilyos near Istanbul, Turkey November 2, 2022. REUTERS/Mehmet Emin Calsikan

FILE PHOTO: Cargo ship Rubymar, carrying Ukrainian grain, is seen in the Black Sea off Kilyos near Istanbul, Turkey November 2, 2022. REUTERS/Mehmet Emin Calsikan

Qara Dəniz vasitəsilə taxıl ixracı razılaşmasının müddəti 120 günlə uzadıldı.

Müvafiq məlumatı “Reuters” agentliyi BMT-yə əsaslanaraq yayır. Taxıl müqaviləsinin müddəti noyabrın 19-da başa çatırdı.

“Mən bütün tərəflərin taxıl, ərzaq məhsulları, gübrə ixracında dəniz nəqliyyatının təhlükəsizliyini təşviq etmək üçün Qara Dəniz taxıl təşəbbüsünü davam etdirmək razılığını alqışlayıram”, – BMT-nin baş katibi Antonio Qutiereşin bəyanatında deyilir.

Qutiereşin bəyan etdiyinə görə, BMT Rusiyadan ərzaq və gübrə ixracı qarşısında qalan maneələrin aradan qaldırılmasının tam tərəfdarıdır.

Kiyev və Moskva BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının Qara Dənizi keçərək ixracına dair razılaşmanı iyulun 22-də imzaladılar.

Oxşar