BMT-nin məlumatına əsasən, Rusiya-Ukrayna müharibəsi başlayandan 2025-ci ilin martın sonuna qədər Ukraynada ən azı 12 910 dinc sakin həlak olub

22:33, 08.04.2025

 

Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra 2025-ci ilin martın sonuna qədər Ukraynada ən azı 12 910 dinc sakin həlak olub.

BMT tərəfindən təsdiq edilmiş müharibə qurbanları arasında 682 uşaq var. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Fövqəladə Hallar İdarəsinin rəhbəri Tom Fletçer bəyanat verib.

Onun verdiyi məlumata əsasən, Ukraynada üç ildən artıq davam edən müharibədə təxminən 30 700 insan xəsarət alıb.

Fletçer vurğulayıb ki, həlak olanların və yaralananların real sayı ehtimal ki, daha çoxdur.

Oxşar