BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi - Gürcüstan Parlamenti tərəfindən qəbul edilmiş və artıq mövcud riskləri gücləndirən məhdudlaşdırıcı qanunlardan narahatıq
Gürcüstan Parlamenti tərəfindən bu həftə qəbul edilmiş siyasi plüralizmi boğan məhdudlaşdırıcı qanunlar və tənzimləmələrdən narahatıq – bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi X sosial şəbəkəsində yazır.
“Gürcüstan Parlamenti tərəfindən bu həftə qəbul edilmiş ifadə və birləşmək azadlığı, bərabərlik və vətəndaş məkanı üçün mövcud riskləri gücləndirən və siyasi plüralizmi boğan məhdudlaşdırıcı qanunlar və tənzimləmələrdən narahatıq. Gürcüstan hakimiyyətini insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirməyə çağırırıq” – BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisində qeyd edirlər.