BMT-nin İqlim Dəyişikliyi Konfransında “ziyan və zərər” üzrə hərtərəfli razılaşmanı dəstəklədilər, hansı da inkişaf etməkdə olan ölkələrə yardım edəcək
BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransında tarixi razılaşma əldə olundu. 200-ə qədər ölkə “ziyan və zərər” üzrə hərtərəfli razılaşmanı dəstəklədi, hansı da inkişaf etməkdə olan ölkələrə yardım edəcək.
Razılaşma çərçivəsində keçid komissiyası tərəfindən hazırlanmış rekomendasiyalar əsasında veriləcək iqlim dəyişikliyi nəticəsində dəymiş zərərin ödənilməsi üçün fond yaradılacaq.
Qeyd olunan komissiya 10 inkişaf etmiş və 13 inkişaf etməkdə olan ölkənin nümayəndələrindən təşkil olunacaq. Fondun benefisiarları ən həssas olan inkişaf etməkdə olan ölkələr olacaq.