BMT-nin Humanitar Ofisinin nümayəndəsi Qəzza şəhərində “fəlakətli” vəziyyət olduğunu bildirir
BMT-nin Humanitar Ofisinin nümayəndəsi Olqa Çerevko Qəzza şəhərində “fəlakətli” vəziyyət olduğunu bildirir.
Onun sözlərinə əsasən, qurudan hücumun üçüncü günündə İsrailin tankları və əsgərləri şəhərə daxil olmağa davam edirlər.
Bununla yanaşı, “BBC”yə müsahibəsində Çerevko hər gün yüzlərlə insanın Qəzza şəhərini tərk etdiyini və onların sektorun cənub hissəsinə doğru hərəkət etdiyini bildirib. Lakin, BMT-nin Humanitar Ofisinin nümayəndəsi həmçinin qeyd edir ki, İsrailin əmrinə baxmayaraq minlərlə insan şəhəri tərk etmək niyyətində deyil.
“BBC” yazır ki, İsrailin məqsədi “HƏMAS”ın əsirliyində olan israilliləri azad etmək, eləcə də hazırda Qəzza şəhərində olan 3000-dək “HƏMAS” döyüşçüsünü məhv etməkdir.
İsrail hakimiyyəti döyüşçülərin qruplaşmanın “əsas dayağı”nı təmsil etdiklərini bildirir.
Məlumat üçün bildirək ki, İsrailin hərbi qüvvələri Qəzza şəhərinin işğalı üçün sentyabrın 16-da qurudan hücumu yeniləyib. Medianın məlumatına əsasən, İsrail Qəzza sektorunu mühasirəyə aldıqdan sonra regionda humanitar böhran şiddətlənib və əhali kəskin ərzaq, içməli su və dərman çatışmazlığı ilə üzləşib. Onların məlumatına əsasən, hazırda İsrail Qəzzanın təxminən 75%-nə nəzarət edir.