BMT-nin Gürcüstandakı Nümayəndəliyi - Batumidə baş verən faciəli hadisə nəticəsində zərər çəkənlərin hamısına başsağlığı veririk, fikirlərimizlə həlak olanların ailələri və yaxınlarının yanındayıq
BMT-nin Gürcüstandakı Nümayəndəliyi Batumidə baş verən faciəli hadisə ilə bağlı başsağlığı məktubunu yayır.
“Batumidə faciəli hadisə nəticəsində zərəçəkən bütün insanlara səmimi başsağlığı veririk. fikirlərimizlə həlak olanların ailələri və yaxınlarının yanındayıq. Həlak olanların xatirəsini yad etmək üçün Gürcüstan BMT-nin bayrağı yarı aşağı endiriləcək”, – BMT-nin Gürcüstandakı Nümayəndəliyinin “tvitterdə” yadığı bəyanatda deyilir.
Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı. DİN korpusun uçması faktı üzrə aparılan istintaq çərçivəsində üç nəfəri yaxaladı. Prokurorluq onları insan ölümü və ağır nəticələrlə nəticələnən tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozmaqda ittiham edib. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.