BMT-nin göstəricilərilə, Ukraynanı 5,5 milyon qaçqın tərk etdi. Bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi yayır.
Ofisin göstəricilərinə görə, 29 aprel durumu ilı Ukraynanı 5 468 629 insan tərk edib. Qaçqınların əksəriyyəti – üç milyondan çox insan Polşaya keçib, ondan sonra Rumıniya, Rusiya, Macarıstan, Moldova, Slovakiya və Belarusiya gəlir.
Bununla yanaşı, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, əlavə olaraq 7,7 milyon insan Ukraynada məcburi köçkün vəziyyətinə düşüb. Təşkilatda açıqlayırlar ki, qeyd olunan şəxslər Ukraynanı tərk etməyiblər, lakin müharibə səbəbindən evlərini tərk etməli olublar.