BMT-nin göstəricilərilə, Ukraynada müharibə nəticəsində 3 280 dinc vətəndaş, o cümlədən 231 uşaq həlak oldu
BMT-nin göstəricilərilə, Ukraynada müharibə nəticəsində 3 280 dinc vətəndaş, o cümlədən 231 uşaq həlak oldu.
Birləşmiş Millətlər Təşkilatı Ukrayna müharibəsində ölən və yaralananların sayı ilə bağlı hesabat dərc etdirdi.
Təşkilatın məlumatına görə, Ukraynaya Rusiyanın soxulmasından sonra, 3 280 dinc vətəndaş, o cümlədən 231 uşaq həlak olub və 3 451 xəsarət alıb.
“Mülki əhalinin həlak olması və yaralanmasının əksəriyyəti partlayıcı qurğuların istifadəsi, o cümlədən ağır artilleriya və çoxsaylı raket sistemlərinin bombalanması, həmçinin raket və hava zərbələri nəticəsində baş vermişdir”, – məlumatda bildirilir.
BMT-nin hesabatına görə, qondarma Donetsk və Luqansk Xalq Respublikalarında 105 nəfər həlak olub, 417 nəfər yaralanıb.
BMT ekspertləri qeyd edirlər ki, şiddətli döyüşlər barədə məlumatlara görə ölənlərin real sayı daha çox ola bilər.