BMT-nin 50-dən çox üzv ölkəsi və Avropa İttifaqı, o cümlədən Gürcüstan Ukraynanı dəstəkləyən birgə bəyanata qoşulub

22:37, 23.09.2026
UN Logo

UN Logo

 

BMT-nin 50-dən çox üzv ölkəsi və Avropa İttifaqı, o cümlədən Gürcüstan Rusiyanı Ukraynada atəşkəsə çağıran Ukraynanı dəstəkləyən birgə bəyanata qoşulub. Sənədi sentyabrın 23-də, BMT Təhlükəsizlik Şurasının iclası başlamazdan əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi yayıb.

Bəyanata imza atanlar Ukrayna ilə həmrəy olduqlarını və Rusiyanın Ukrayna miqyasında dinc əhaliyə və mülki infrastruktura qarşı hərəkətlərini gərginləşdirməsindən dərin narahatlıqlarını ifadə ediblər.

Bəyanatda həmçinin qeyd olunub ki, 2025-ci ilin mart ayından Ukrayna tam, dərhal və qeyd-şərtsiz atəşkəsə razılıq verib.

“Rusiyanı nəhayət ki, eyni addımı atmağa çağırırıq, bu, konstruktiv diplomatiya və sülhə doğru aparan danışıqlar yolunda zəruri addımdır” – bəyanatda deyilir.

Bundan başqa, bəyanatla Rusiyaya dərhal bütün özbaşına saxlanılan, məcburi köçkün düşmüş və ya deportasiya edilmiş ukraynalı dinc sakinlərin, xüsusən də uşaqların Ukraynaya qaytarılmasını təmin etmək çağırışı edilib. Həmçinin, bütün hərbi əsirlərin qaytarılması.

“Ukrayna sülhə can atır. Biz sülhə can atırıq. Rusiya təcavüzü dayandırmalı, atəşkəsə razı olmalı və beynəlxalq hüquqa uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülhün əldə olunması üçün danışıqlara konstruktiv şəkildə qoşulmalıdır” – Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Bəyanata imza atan ölkələr arasında Amerika Birləşmiş Ştatları yoxdur.

Bəyanatı dəstəkləyən ölkələrdir: Ukrayna, Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Kosta Rika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Honduras, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Monako, Monteneqro, Niderland, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Cənubi Koreya, Moldova, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə və Birləşmiş Krallıq.

Oxşar