BMT fəlakətdən zərər çəkən Türkiyə və Suriya üçün 25 milyon dollar ayıracaq
BMT fəlakətdən zərər çəkən Türkiyə və Suriya üçün humanitar yardım şəklində 25 milyon dollar ayıracaq. Qeyd olunan vəsait təxirəsalınmaz yardımın göstərilməsinə sərf olunacaq.
BMT-nin mətbuat katibi, Stefan Dujarikin qeyd etdiyi kimi, BMT-nin fəlakət qiymətləndirmə və koordinasiya qrupları Adanadadır və Qaziantepə getməyi planlaşdırır.
Təbii fəlakətdən zərər çəkmiş on əyalətdə 15 milyona yaxın insan yaşayır, buradan 1,7 milyonu Suriyalı qaçqındır. Son göstəricilərlə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7 108-ə çatdı, xəsarət alanların sayı isə, 38 000-dən çoxdur.
Suriyaya gəldikdə, fəlakət nəticəsində 2 500-ə qədər insan ölüb, təxminən elə bu qədəri xəsarət alıb.