BMT-də Livanda atəşkəsdən bəri bir il ərzində İsrailin hücumlarında ən azı 127 vətəndaşın həyatını itirdiyini bildirirlər, təşkilat hadisənin araşdırılmasını tələb edir
BMT-nin İnsan Hüquqları Ofisi Livanda atəşkəsdən bəri bir il ərzində İsrailin hücumlarında ən azı 127 vətəndaşın həyatını itirdiyini bildirir. BMT-nin ofisi hadisənin araşdırılması və atəşkəs rejiminə əməl olunması çağırışı ilə çıxış edir.
“Livan və İsrail arasında atəşkəs haqqında razılaşmadan demək olar ki, bir il sonra biz hələ də İsrail hərbçiləri tərəfindən artan hücumları görürük, bu isə Livanda dinc əhalinin qətlə yetirilməsinə və mülki obyektlərin məhv edilməsinə səbəb olur, daha geniş və intensiv hərbi toqquşmaların narahatedici təhlükəsi ilə müşayiət olunur” – BMT-nin İnsan Hüquqları Ofisinin mətbuat katibi Tamin al-Xitan Cenevrədə keçirilən mətbuat konfransında deyib.
BMT-nin İnsan Hüquqları Ofisinin nümayəndəsi bildirib ki, qurbanların sayını BMT öz metodologiyası ilə təsdiqləyib və real rəqəmlər daha yüksək ola bilər.
İsrail və Livan arasında atəşkəs razılaşması 2024-cü ilin noyabrın 27-də beş ölkənin, o cümlədən ABŞ-nin vasitəçiliyi ilə imzalanıb.