BMT-də İranın səfiri – İranın ali dini lideri Müctəba Xamenei sağlamdır və ölkənin idarə olunmasını davam etdirir
BMT-də İranın səfiri – İranın ali dini lideri Müctəba Xamenei sağlamdır və ölkənin idarə olunmasını davam etdirir

İranın ali dini lideri sağlamdır və ölkənin idarə olunmasını davam etdirir, – bunu BMT-də İranın səfiri Əli Bəhreyni bildirib.

Bəhreyninin sözlərinə görə, Müctəba Xamenei təhlükəsizlik səbəbilə ictimaiyyət qarşısına çıxmır.

‘İctimaiyyət qarşısına çıxmamasının səbəbi mövcud xüsusi şərait nəzərə alınmaqla təhlükəsizlik tədbirlərinə riayət edilməsidir. O, tam sağlamdır və ölkənin idarə olunmasını davam etdirir’, – deyə BMT-də İranın səfiri qeyd edib.

Qeyd edək ki, Müctəba Xamenei İranın ali dini lideri seçildikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.