BMT-də Çin səfiri: Hörmüz boğazı mümkün qədər tez açılmalıdır, ən təcili məsələ atəşkəsin qorunmasıdır
BMT-də Çin səfiri: Hörmüz boğazı mümkün qədər tez açılmalıdır, ən təcili məsələ atəşkəsin qorunmasıdır

BMT-də Çin səfiri Fu Cong bildirib ki, Hörmüz boğazı mümkün qədər tez açılmalı və atəşkəs qorunmalıdır.

“Ən təcili məsələ atəşkəsin qorunmasıdır. O davam etməli və hər iki tərəf arasında vicdanlı danışıqlar aparılmalıdır”, – deyə BMT-də Çin səfiri bildirib.

Fu Cong-un sözlərinə görə, Hörmüz boğazının açılması hər iki tərəfin öhdəliyidir.

“İran Hörmüz boğazında məhdudiyyətləri aradan qaldırmalı, ABŞ isə dəniz blokadasını ləğv etməlidir. Son dövrlərdə eşitdiyimiz məlumatlar bizi çox narahat edir ki, atəşkəs müvəqqətidir. Beynəlxalq ictimaiyyət fəal olmalı və döyüş əməliyyatlarının yenidən başlamasının qarşısını almalıdır”, – deyə Fu Cong bildirib.

Eyni zamanda, Donald Trampın Çinə planlaşdırılan səfəri ilə bağlı səfir qeyd edib ki, əgər boğaz səfər zamanı hələ də bağlı olarsa, bu məsələ iki tərəf arasında danışıqlar gündəliyində birinci yerdə olacaq.

Fu Cong həmçinin Çin və İranın hərbi əməkdaşlığı barədə ABŞ-ın yüksək vəzifəli rəsmilərinin açıqlamalarını rədd edib.