BMT-də Benyamin Netanyahunun çıxışından əvvəl Nyu-Yorkda etiraz aksiyası keçirilib, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın bir neçə iştirakçısını saxlayıblar

22:57, 24.09.2026

 

BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışından əvvəl Nyu-Yorkda, BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib.

Nümayişçilər ABŞ tərəfindən İsrailə silah tədarükünün dayandırılmasını və Qəzzada müharibəyə son qoyulmasını tələb edirdilər. Aksiyanın iştirakçıları “Bomba atmağı dayandırın, qətllərə son qoyun!” şüarları səsləndirirdilər.

Nümayişçilərin əynində “Bombaları yox, insanları maliyyələşdirin” yazılmış köynəklər var idi. Həmçinin əllərində “Fələstinə azadlıq” yazılmış posterlər tutmuşdular. Aksiya iştirakçıları Netanyahunun “gizlənə bilməyəcəyini” bəyan edir və onu soyqırımda günahlandırırdılar.

Hüquq-mühafizə organlarının əməkdaşları aksiyanın bir neçə iştirakçısını saxlayıblar.

İsrailin Baş naziri hazırda Nyu-Yorkdadır. Bir neçə saatdan sonra Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edəcək.

Oxşar