BMT bildirir ki, Qəzzada İsrailin hərəkətləri soyqırımın tərifinə uyğun gəlir
İsrailin Qəzzadakı hərəkətləri soyqırıma bərabərdir, – bu barədə Birləşmiş Millətlər Təşkilatının yaratdığı komissiya məlumat yayıb.
BMT-nin hesabatında qeyd olunur ki, Qəzzada “fələstinlilərin məhv edilməsi baş verir” və İsrailin hərəkətləri soyqırımın tərifi üçün müəyyən edilmiş meyarlara cavab verir.
Sky News yazır ki, bu, BMT-nin ilk dəfə olaraq bu cür bəyanatı açıq şəkildə səsləndirməsidir və ehtimal olunur ki, buna İsrail hökumətinin tənqidi reaksiya göstərəcək.
Mediada yayılan məlumatlara görə, İsrail BMT komissiyası ilə əməkdaşlıqdan imtina edir və bildirir ki, komissiya qərəzlidir.
Hazırda İsrail Qəzzanın təxminən 75%-nə nəzarət edir. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, son günlərdə 20 000 fələstinli gecə saatlarında Qəzza şəhərini tərk edib.
Məlumatlara əsasən, şəhərdən 320 000-dən çox fələstinli sektorun digər bölgələrinə köçüb. Bu, İsrail ordusunun həmin ərazidə “Hamas”a qarşı planlaşdırılmış hücumuna başlamazdan əvvəl baş verib.