BMT - 2022-ci ilin göstəricilərinə görə, dünyada məcburi köçkünlərin sayı 100 milyonu aşdı
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 2021-ci il Qlobal Trendlər hesabatında təqiblər, münaqişələr, zorakılıqlar, insan hüquqlarının pozulması və ya əhəmiyyətli vətəndaş iğtişaşları nəticəsində 2021-ci ilə qədər dünya üzrə 89,3 milyon insanın məcburi köşkün düşdüyü təxmin edilir.
Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, cari ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü İkinci Dünya Müharibəsindən sonra ən sürətli və ən böyük məcburi köçkün böhranına səbəb oldu. Qeyd olunan fövqəladə hallarla yanaşı, 2022-ci ilə qədər Afrika, Əfqanıstan və dünyanın digər yerlərində məcburi köçkünlərin sayı 100 milyonu aşdı.
“Son on ildə bu rəqəm hər il artır”, – Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə ali komissar Filippo Qrand bəyan etdi.
Hesabata görə, Rusiyanın təcavüzü səbəbindən 7,1 milyona yaxın Ukraynalı ölkə dxilində məcburi köçkün vəziyyətinə düşüb, altı milyondan çox qaçqın isə ölkəni tamamilə tərk edib.
Eyni zamanda, ərzaq qıtlığı, inflyasiya və iqlim böhranı qlobal yoxsulluğu, məcburi köçkünlərin sayını artırır.