“Bloomberg”in məlumatına görə, Çində ölkənin ən iri kreditorlarına ABŞ tərəfindən sanksiya tətbiq edilən neft emalı müəssisələrinə kredit verilməsini müvəqqəti dayandırmaq tövsiyə olunub
“Bloomberg”in məlumatına görə, Çinin maliyyə tənzimləyici qurumu ölkənin ən iri kreditorlarına ABŞ-ın İran nefti ilə əlaqələrinə görə sanksiya tətbiq etdiyi neft emalı müəssisələrinə kredit verilməsini müvəqqəti dayandırmağı tövsiyə edib.
Sanksiyalar, o cümlədən, ABŞ Dövlət Departamentinin bəyanatına əsasən, 2025-ci ildə sanksiya altında olan İran neftindən on milyonlarla barel alan Çin neft terminalına da şamil olunub.
Dövlət Departamentinin açıqlamasında bildirilir ki, şirkət neftin mənşəyini gizlətmək üçün xüsusi sxemlərdən, o cümlədən gəmidən-gəmiyə yükləmə üsulundan istifadə edib.
Bu həftə İranın xarici işlər naziri Pekində çinli həmkarı ilə görüşüb. Görüşdən sonra Abbas Əraqçi bildirib ki, Çin “regional sülh və sabitlik”lə bağlı dörd maddədən ibarət təklif irəli sürüb.
Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp gələn həftə dövlət səfəri ilə Çinə yollanacaq. Donald Trampın Çin prezidenti Si Cinpinlə görüşü zamanı İran və Hörmüz boğazı məsələlərinin də müzakirə olunacağı gözlənilir.