"Bloomberg"in məlumatına əsasən, Ukraynada tammiqyaslı işğaldan əvvəl İran Rusiyaya dəyəri 3 milyard dollara qədər olan raketlər satıb
“Bloomberg”in məlumatına əsasən, İran Rusiyaya demək olar ki, 3 milyard dollar dəyərində raketlər satıb.
Nəşr anonim mənbəyə istinadən xəbər verir ki, İran Ukraynada tammiqyaslı işğaldan əvvəl Rusiya ilə təxminən 2.7 milyard dollar dəyərində raketlərlə əlaqədar müqavilə bağlayıb.
“Bloomberg”in məlumatına əsasən, razılaşma 2021-ci ilin oktyabrında, müharibənin başlamasından bir neçə ay əvvəl bağlanıb.
Müqavilə ballistik və digər növ raketlərin tədarükünü əhatə edirdi. Bundan başqa, medianın məlumatına əsasən, İran Rusiyaya milyonlarla döyüş sursatı və artilleriya mərmisi, eləcə də “Shahed-136” dronları və onların Rusiyada istehsalı üçün texnologiya tədarük edib. Ümumilikdə, medianın yazdığı kimi, Rusiya 2021-ci ilin sonundan bəri İran hərbi texnikasına 4 milyard dollardan çox pul xərcləyib.