"Bloomberg"ə əsasən, bir neçə Avropa ölkəsi Rusiyaya qarşı yeni sanksiyalar paketinə qarşı çıxır, o cümlədən İtaliya və Macarıstan Ğulevi limanına mümkün sanksiya tətbiqindən narahatlığını ifadə edib
Macarıstan, Yunanıstan və Maltadan başqa, İtaliya və İspaniyanın mövqeyi də Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbul edilməsi yolunda maneəyə çevrilib. Bu haqda “Bloomberg” yazır.
Agentliyin mənbələrinin məlumatına əsasən, bir neçə dövlət Avropa Komissiyasının təklifinə qarşı çıxır, ona əsasən yeni sanksiyalar paketinə Rusiyanın neftin qanunsuz satışı üçün istifadə etdiyi xarici limanlar və bankları daxil edilməlidir.
Medianın yazdığı kimi, İtaliya və Macarıstan Gürcüstanın Ğulevi limanının qara siyahıya salınması təşəbbüsü ilə bağlı xüsusi narahatlığını ifadə edib. Mənbələr İtaliyanın mövqeyini limanın həmçinin Avropa üçün əsas enerji mənbəyinə çevrilmiş Azərbaycan qazını da təchiz etdiyini söyləməklə izah edirlər.
Həmçinin, İtaliya və İspaniya Kubadakı banka qarşı sanksiyaların tətbiq edilməsinə qarşı çıxırlar.
Mənbələr bildirirlər ki, bu, adada xarici valyuta ilə işləyən və “köməyə ehtiyacı ola biləcək” Avropa İttifaqının diplomatlarına və vətəndaşlarına xidmət göstərən yeganə bankdır.
Digər xarici banklara qarşı təklif olunan sanksiyalar müqavimətlə qarşılaşmayıb. İtaliya və İspaniya hökumətləri şərh verməkdən imtina ediblər. Həmçinin, ayrı-ayrı ölkələr İndoneziyada yerləşən limanlardan birinə qarşı sanksiyalar tətbiq etməklə bağlı mövqelərini bildiriblər.
Yunan rəsmisi məsələ ilə bağlı şərh verməyib, Malta nümayəndəsi isə ölkənin son nəticənin həyata keçirilməsini təmin etmək üçün texniki danışıqlarda iştirak etdiyini bildirib. Danışıqlara yaxın rəsmilər bildiriblər ki, dörd ölkənin mövqeyi Avropa Komissiyasının 24 fevralda Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun ildönümü üçün təsdiqləməyi planlaşdırdığı 20-ci sanksiya paketini zəiflədə bilər. Bundan əvvəl “Politico” Macarıstanın yeni sanksiyaları ləngidə biləcəyini yazırdı.