"Bloomberg" - Volodimir Zelenski ötən həftə Donald Trampla telefon danışığı zamanı Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarovanın dəyişdirilməsi məsələsini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə Donald Trampla telefon danışığı zamanı Ukraynanın Vaşinqtondakı hazırkı səfiri Oksana Markarovanın dəyişdirilməsi məsələsini müzakirə edib. Bu barədə məlumatı “Bloomberg” agentliyi öz mənbələrinə istinadən yayır.
Media vasitəsinin məlumatına əsasən, Vaşinqtonda Ukraynanın səfiri vəzifəsinə potensial namizədlər arasında hazırkı baş nazir Denis Şmiqal, vitse-baş nazir Olqa Stepanişina, müdafiə naziri Rustem Umerov və energetika naziri Herman Qaluşenko müzakirə olunur.
Mənbənin “Bloomberg”ə dediyi kimi, Zelenski Xarici İşlər Nazirliyinə Amerika tərəfi ilə Ukraynanın yeni səfirinin təyin edilməsi məsələsini müzakirə etməyi tapşırıb.
Volodimir Zelenski ilə Donald Tramp arasında telefon danışığı iyulun 4-də baş tutub.