“Bloomberg” – Volodimir Zelenski ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatının paylaşılmasını bərpa etdiyini bəyan edir
ABŞ “müəyyən müddətdən” sonra Ukrayna ilə kəşfiyyat məlumatının paylaşılmasını bərpa edib – “Bloomberg” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskiyə istinadən məlumat yayır.
Ukrayna Prezidenti həmçinin, Ukrayna ilə ABŞ arasında danışıqların gələn həftə ərzində keçiriləcəyinə ümid etdiyini bildirib.
Qeyd edilməlidir ki, “Bloomberg” nəşri kəşfiyyat məlumatının verilməsinin bərpası ilə bağlı əlavə təfərrüatları açıqlamır.