“Bloomberg” – Vladimir Zelenski Yaponiyaya G7 sammitində iştirak etmək üçün gedəcək

10:22, 19.05.2023

Ukrayna prezidenti, Vladimir Zelenski Yaponiyaya G7 sammitində iştirak etmək üçün gedəcək. Bu barədə məlumatı “Bloomberg”  yayır.

Ona qədər yayılan məlumata görə, Yaponiya hökuməti yerli mediaya bəyan etdi ki, Ukrayna lideri danışıqlarda onlayn iştirak edəcək. Ukrayna prezidentinin ofisi Yaponiya mediasına bildirdi ki, Zelenskinin iştirakı istisna edilməyir və döyüş meydanındakı vəziyyətdən asılı olacaq.

G7 sammiti mayın 19-dan 21-də daxil olmaqla Yaponiyanın Xirosima şəhərində keçiriləcək.

Oxşar