“Bloomberg” – Vladimir Putinin sentyabrda “Böyük İyirimilik” sammitində iştirak etməsi mümkümdür
Rusiya prezidenti, Vladimir Putinin sentyabrda “Böyük İyirimilik” sammitində iştirak etməsi mümkümdür. “Bloomberg” agentliyinin öz mənbələrinə istinad edərək yazdığına görə, Kreml Rusiya prezidentinin Hindistanda keçiriləcək “Böyük İyirimilik” liderlərinin görüşündə iştirak edə bilməsi üçün onun qrafiki üzərində işləyir.
Bununla yanaşı “Bloomberg” yazır ki, Putinin sammitdə iştirakı ilə bağlı yekun qərar hələ verilməyib.
Mövcud məlumatla, rəsmi şəxslər Putinə daha çox manevr imkanı vermək və yüksək rütbəli Hindistan və Çin rəsmilərinin forumda iştirakına icazə vermək üçün, “Böyük İyirimilik” sammiti öncəsi Vladivostokda keçiriləcək iqtisadi forumu bir həftə təxirə saldılar.
“Böyük İyirimilik” liderlərinin görüşü 9-10 sentyabra planlaşdırılıb. Hindistan Rusiya prezidentini sammitə rəsmi olaraq dəvət edib.
Ötən il Putin İndoneziyada keçirilən görüşdə iştirak etməmişdi. Onun əvəzinə Bali adasında keçirilən “Böyük İyirimilik” sammitində Rusiyanı Xarici İşlər naziri Sergey Lavrov təmsil edirdi. Rusiya prezidenti eləcəm də bir il əvvəl, Romada keçirilən sammitdə də iştirak etmədi.