“Bloomberg” – Vladimer Putin Ukrayna ilə atəşkəs razılaşmasına nail olmaq üçün Qərbin Ukraynaya silah satışını dayandırmasını tələb edib

16:32, 18.03.2025

 
“Bloomberg” nəşrinin məlumatına əsasən, Vladimer Putin Ukrayna ilə atəşkəs razılaşmasına nail olmaq üçün Qərbin Ukraynaya silah satışını dayandırmasını tələb edib. Agentliyin mənbələrinin məlumatına əsasən, Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Moskvaya səfəri zamanı Putin atəşkəs razılaşmasının imzalanması üçün silah tədarükünün dayandırılmasını məcburi şərt adlandırıb.

Eyni zamanda, anonim Avropa rəsmilərinin dediyi kimi, çətin ki, Avropa Rusiyanın “atəşkəs” zamanı müttəfiqlərin Ukraynaya silah tədarükünü əngəlləməsi tələbi ilə razılaşsın.

Xatırladaq ki, Vladimer Putin 30 günlük atəşkəs təşəbbüsü ilə razılaşdığını bildirib, lakin Rusiya Prezidenti öz şərtlərini irəli sürür.

Oxşar