"Bloomberg" - Türkiyə növbəti 6 ayda ola bilsin, Ermənistanla quru sərhədini açsın
Türkiyə növbəti 6 ayda ola bilsin, Ermənistanla quru sərhədini açsın. Bu haqda məlumatı “Bloomberg” yayır.
Agentliyin yazdığı kimi, Türkiyə hakimiyyəti Ermənistanla quru sərhədini növbəti 6 ayda açmaq imkanını nəzərdən keçirir, bu da “Bloomberg”ə əsasən, Qafqazda ticarətin bərpasına kömək edəcək.
Məlumat üçün bildirək ki, Türkiyə Ermənistanla sərhədini 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi zamanı bağlamışdı.
“Bloomberg”in məqaləsində qeyd olunub ki, Azərbaycanla münasibətlərdə diplomatik irəliləyiş və Türkiyə ilə sərhədin açılması Ermənistanda iyun ayında planlaşdırılan seçkilərdən əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyana əhəmiyyətli təkan verəcək.
“Əgər Paşinyan seçkilərdə qalib gələrsə, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanla əməkdaşlıq edə və rəsmi sülh müqaviləsini bağlaya biləcək. Bu haqda iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi prosesini bilən insanlar deyirlər. Yalnız bundan sonra Türkiyə diplomatik münasibətlərin bərpası üçün Ermənistana səfir təyin edə biləcək” – “Bloomberg” yazır.
Medianın məlumatına əsasən, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin rəsmi şəkildə bağlanması regionun sabitləşməsinə kömək edəcək. “Bloomberg”in yazdığı kimi, region enerji boru kəmərləri üçün nəqliyyat mərkəzidir, boru kəmərləri vasitəsilə də Xəzər dənizi və Mərkəzi Asiya regionlarından neft və təbii qaz Rusiyadan yan keçməklə, Avropaya çatdırılır.