"Bloomberg" - Tramp hesab edir ki, Putin ərazi mübadiləsi məsələsinin müzakirə edilməsi müqabilində ola bilsin sülh danışıqlarına başlasın
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiyanın lideri Vladimer Putin ərazi mübadiləsi məsələsinin müzakirə edilməsi müqabilində ola bilsin sülh danışıqlarına başlasın – bu haqda “Bloomberg” yazır.
Agentliyin məlumatına əsasən, Tramp Ukraynada atəşkəs şanslarının olduğunu hesab edir və bu barədə avropalı liderlərə telefon danışığı zamanı deyib. Avropalı liderlər ilə söhbət ABŞ Prezidentinin xüsusi nümayəndəsinin Moskvaya səfərindən sonra baş tutub.
Qeyd olunan məlumat şərh edilməyib, lakin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyanın amerikalılardan kifayət qədər məqbul təklif aldığını deyib.
Kremldə həmçinin yaxın günlərdə Donald Tramp və Vladimer Putinin görüşünün baş tutacağını təsdiqləyirlər.