"Bloomberg" - Rusiya Ukrayna və ABŞ tərəfindən razılaşdırılmış sülh planı layihəsində əhəmiyyətli dəyişikliklər tələb edir
Rusiya Ukrayna və ABŞ tərəfindən razılaşdırılmış sülh planı layihəsində əhəmiyyətli dəyişikliklər tələb edir. Bu haqda “Bloomberg” mənbələrə istinadən yazır.
Yüksək vəzifəli şəxslərdən birinin nəşrə danışarkən qeyd etdiyi kimi, Rusiyada ABŞ və Ukrayna tərəfindən razılaşdırılmış 20 bəndlik planda Rusiya üçün vacib olan müddəalar və Rusiyanı maraqlandıran məsələlərə cavabların olduğunu hesab etmirlər.
Xüsusilə, Kreml NATO-nun şərqə doğru genişlənməyəcəyinə və Ukrayna Avropa İttifaqına üzv olarsa onun neytral status alacağına dair zəmanətlər istəyir.
“Bloomberg”in məlumatına əsasən, Rusiya həmçinin 20 bəndlik sülh planında Ukrayna ordusunun və silahın məhdudlaşdırılmasının, Ukraynada rus dilinin statusu ilə bağlı aydın təminatların, Qərbin sanksiyaları ləğv etməsinin və Qərbdə dondurulmuş rus aktivlərinin taleyindən bəhs olunmaması faktından narazıdır.
Mənbənin “Bloomberg”ə dediyi kimi, Rusiyada bu planı Ukrayna planı adlandırırlar, lakin onu soyuqqanlılıqla öyrənəcəklərini bildirirlər.