“Bloomberg” – Rusiya İranın nüvə proqramı ilə bağlı Donald Tramp administrasiyasına Tehranla danışıqlar aparmaqda kömək etməyə hazırdır

20:17, 04.03.2025

 
Rusiya İranın nüvə proqramı ilə bağlı Donald Tramp administrasiyasına Tehranla danışıqlar aparmaqda kömək etməyə hazırdır – bu haqda “Bloomberg” anonim mənbəyə istinadən yazır.

Onların bəyanatına əsasən, Donald Tramp hələ fevral ayında Rusiya Prezidentinə belə yardımda maraqlı olduğunu bildirib. Bir neçə gün sonra isə Donald Tramp administrasiyasının nümayəndələri Səudiyyə Ərəbistanında görüş zamanı rus həmkarları ilə məsələ haqda danışıblar.

“Bloomberg” yazır ki, Ağ Ev məsələni şərh etmir, Moskva və Tehranda isə məlumatı təsdiq etmirlər, lakin Donald Trampdan belə bir tələb alındığını inkar da etmirlər.

Kremlin mətbuat katibi Dimitri Peskovun bəyanatına əsasən, “Rusiya hesab edir ki, ABŞ və İran problemlərini danışıqlar yolu ilə həll edə bilərlər” və Moskva “buna nail olunması üçün hər şeyi etməyə hazırdır”.

Oxşar