"Bloomberg" - Rusiya əgər yenidən Ukraynaya hücum edərsə, İtaliyanın təşəbbüsü ilə Kiyevin müttəfiqləri Ukraynaya hərbi və iqtisadi yardım barədə 24 saata qərar vermək öhdəliyi daşıyacaqlar
Rusiya əgər yenidən Ukraynaya hücum edərsə, İtaliyanın təşəbbüsü ilə Kiyevin müttəfiqləri Ukraynaya hərbi və iqtisadi yardım barədə 24 saata qərar vermək öhdəliyi daşıyacaqlar. Bu barədə məlumatı “Bloomberg” yayır.
Medianın məlumatına əsasən, bu planın müəllifi İtaliyanın Baş naziri Corcia Melonidir.
“NATO-lite” NATO-nun 5-ci maddəsində təsbit edilən kollektiv müdafiə öhdəliklərinə uyğun olmasa da, Ukrayna ilə ikitərəfli sazişləri imzalayan ölkələri Rusiyanın təcavüzünə qarşı cavab tədbirləri barədə tez bir zamanda razılaşmağa məcbur edəcək” – “Bloomberg” yazır.
Agentliyin yazdığı kimi, Kiyevin müttəfiqlərinin reaksiyası Ukraynanın sürətli və dayanıqlı müdafiə dəstəyinin təmin edilməsini, ordunun gücləndirilməsini, iqtisadi yardım göstərilməsini, həmçinin Rusiya əleyhinə yeni sanksiyaların tətbiqini əhatə edə bilər.
Bununla yanaşı, Meloninin planının Ukraynaya avropalı hərbçilərin göndərilməsini nəzərdə tutub-tutmadığı hələlik bəlli deyil.
İtaliyanın müdafiə naziri Qvido Krozeto bildirib ki, Meloninin təşəbbüsüdür ki, NATO müdafiə alyansı kimi xarici ölkənin, məsələn, Ukraynanın müdafiəsini təmin edə bilsin.
“Alternativ şəklində, ayrı-ayrı ölkələr məsuliyyəti öz üzərinə götürə bilərlər. Optimal mexanizm zamanla hazırlanacaq. Əlbətdə, NATO ilə birlikdə daha effektiv çəkindirmə zəmanətlidir” – Krozeto bildirib.