"Bloomberg" - Rus neftinin qiyməti son 13 ilin maksimumuna çatıb və bir barel üçün 116 dollar təşkil edib
Rus neftinin qiyməti son 13 ilin maksimumuna çatıb və bir barel üçün 116 dollar təşkil edib. Bu haqda məlumatı “Bloomberg” yayır.
Nəşrin yazdığı kimi, bu, 2013-cü ilin fevral ayından bəri rus neftinin ən yüksək göstəricisidir. Qeyd edilməlidir ki, 2026-cı ilin əvvəlində rus neftinin orta qiyməti 59 dollar olub.
Məlumat üçün bildirək ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda, Hörmüz boğazı bağlandıqdan sonra dünyada neft kəsiri yaranıb. Buna görə də, martın 13-də ABŞ artıq tankerlərə yüklənmiş rus neftinə qarşı sanksiyaları dayandırıb.