"Bloomberg" - Rumıniya ABŞ-nin Qara dəniz hava bazasına qırıcı təyyarələrin müvəqqəti yerləşdirilməsi haqda tələbini təsdiqləmək niyyətindədir
"Bloomberg" - Rumıniya ABŞ-nin Qara dəniz hava bazasına qırıcı təyyarələrin müvəqqəti yerləşdirilməsi haqda tələbini təsdiqləmək niyyətindədir

 

Rumıniya ABŞ-nin Qara dəniz hava bazasına qırıcı təyyarələrin müvəqqəti yerləşdirilməsi haqda tələbini təsdiqləmək niyyətindədir – bu haqda məlumatı “Bloomberg” yayır.

Medianın yazdığı kimi, ABŞ-nin tələbi İranla davam edən müharibə ilə əlaqəlidir.

Vaşinqtonun daha geniş logistika əməliyyatları aparacağı və yanacaq dolduracağı Mixail Koqalniçeanu hava bazasına bir neçə təyyarə göndərməyi planlaşdırdığı haqda məlumat yayılıb.

Mənbələrdən birinin məlumatına əsasən, həmçinin ABŞ Rumıniyaya 500-ə qədər əsgər yerləşdirməyi planlaşdırır. Rumıniya Prezidenti Nikuşor Danu bu gün ABŞ-dan bəhs etmədən Rumıniya ərazisində “əlavə hərbi imkanlar”ı müzakirə etmək üçün Ali Müdafiə Şurasının iclasını çağırıb.