"Bloomberg" - Kir Starmer Ukraynanı Rusiyanın mümkün təcavüzündən qoruyacaq planı işləyib hazırlamaq məqsədilə bu gün Londonda Volodimir Zelenski ilə görüşəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynanı Rusiyanın mümkün təcavüzündən qoruyacaq planı işləyib hazırlamaq məqsədilə sülh danışıqlarının mühüm məqamında bu gün Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
“Bloomberg”in məlumatında, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Fridrix Mertsin Dauninq küçəsində keçiriləcək danışıqlara qoşulacaqları deyilir.
“Bloomberg”in yazdığı kimi, Ukraynanın avropalı dəstəkçiləri ümid edirlər ki, əgər onlar bu qış Kiyevi dəstəkləyə bilsələr, Rusiyanın iqtisadi çətinlikləri gələn il pisləşəcək və Putin danışıqlarda təsir vasitələrini itirəcək.
Bununla yanaşı, nəşr bazar günü Starmerin Niderlandın Baş naziri Dik Şupla danışdığını yazır. Söhbət zamanı liderlər Ukraynanın müdafiəsi üçün beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər və bir daha Ukraynanın təhlükəsizliyinin Avropanın təhlükəsizliyi üçün həyati önəm daşıdığını təsdiqləyiblər. Medianın məlumatında, ukraynalılar və onların avropalı müttəfiqlərinin Amerika Birləşmiş Ştatlarının Avropanı sülh danışıqlarına daxil etməyi planlaşdırmamasından narahat olduğu deyilir. Bu, Ukrayna və Avropaya işarə edir ki, Vaşinqton noyabrın 23-də avropalılar, amerikalılar və ukraynalılar arasında keçirilən və məqsədi “sülh planı”nı beynəlxalq hüquqa uyğunlaşdırmaq və ən problemli müddəaları çıxarmaq olan Cenevrə danışıqlarının nəticələrini görməzdən gəlib.