“Bloomberg” – İsveçrə Rusiyanın əlavə 1,8 milyard dollara qədər dəyəri olan aktivlərini dondurub

19:24, 01.04.2025

 

İsveçrə Rusiyanın əlavə 1,8 milyard dollar dəyəri olan aktivlərini dondurub, nəticədə dondurulmuş rus aktivlərinin ümumi məbləği 8,4 milyard dollara çatıb – bu haqda “Bloomberg” yazır.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyində (Seco) bəyan ediblər ki, məbləğin bu şəkildə artırılması çirkli pulların yuyulması ilə bağlı istintaq və vəsaitlərin əlavə dondurulması ilə bağlıdır.

Xüsusilə, “Bloomberg”in yazdığı kimi, İsveçrə Baş Prokurorluğu Rusiyaya qarşı sanksiyaların pozulması və çirkli pulların yuyulması şübhəsi ilə cinayət işi açıb, bu səbəbdən vəsaitləri müvəqqəti dondurub.

Oxşar