“Bloomberg”-in məlumatına görə, “Qazprom” İtaliyaya təbii qaz nəqlini dayandırdı
“Qazprom” İtaliyaya təbii qaz nəqlini dayandırdı. Məıumatı “Bloomberg” yayır.
Agentliyin yazdığına görə, Bu gün İtaliyanın təbii qaz tənzimləmə şirkəti “Eni” “Qazprom”-dan təhvil verilməli olan tələb olunan qazı almadıqlarını açıqladılar.
İtaliya təbii qazı “Qazprom”-dan Avstriya vasitəsilə alır. “Bloomberg”-in məlumatına görə, qazın nəqli yalnız İtaliyaya dayandırılıb çünki, Avstriya Rusiya şirkətindən təbii qaz almağa davam etdirir.
“Qazprom” şənbə günü bəyanat yayaraq, Avstriya operatorunun sentyabrın sonunda qanunvericilikdəki dəyişikliklərə görə, təbii qaz tranzitinə icazə verməməsi səbəbindən, İtaliyaya təbii qaz tədarükünü dayandırdığını bəyan etdi.
Bundan əlavə, Rusiya şirkəti problemin həlli üçün İtaliya tərəfi ilə birlikdə çalışdıqlarını qeyd edir. Avstriyanın tənzimləyici şirkətində bəyan edirlər ki, Avstriya qazın kəsilməsinə bağlı deyil və “Eni”, “Qazprom” və Trans-Avstriya qaz kəmərinin rəhbərliyi təşkilati tələbləri yerinə yetirməlidir.