"Bloomberg" - Fridrix Mertsin populyarlığı tarixi minimuma düşüb
"Bloomberg" - Fridrix Mertsin populyarlığı tarixi minimuma düşüb

 

Almaniyanın kansleri Fridrix Mertsin populyarlığı vəzifədə olduğu ilk ildən sonra tarixi minimuma düşüb – bunu “Infratest Dimap” tərəfindən aparılan və “Bloomberg”in dərc etdiyi sorğu göstərir.

Sorğuya əsasən, Mertsin fəaliyyətini fikri soruşulanların 16%-i dəstəkləyir. Bu, 1997-ci ildən bəri Almaniyanın fəaliyyətdə olan kansleri üçün ən aşağı reytinqdir. Aprel ayı ilə müqayisədə Mertsin reytinqi 5 faiz bəndi azalıb.

Fikri soruşulanların 83%-i kanslerdən narazı olduğunu bildirib. Fikri soruşulanların 69%-i Mertsin vəzifələrini yerinə yetirmədiyini, 14%-i isə onun inandırıcı danışdığını hesab edir.

Bu, Fridrix Mertsin sələfi Olaf Şoltsun ən aşağı nəticəsindən daha pis göstəricidir. Olaf Şolts 2024-cü ilin sentyabrında, koalisiya dağılmadan az müddət əvvəl 18% dəstəyə sahib idi.