Bloomberg – Fransanın Baş naziri Fransua Bayru 2025-ci ilin büdcəsini parlamentin aşağı palatasında səs vermədən təsdiqləyib
Fransanın baş naziri Fransua Bayru 2025-ci il büdcəsini parlamentin aşağı palatasında səsvermədən təsdiqləyib. Bu barədə Bloomberg yazır. Bayrunun parlament iclasında çıxışı zamanı qeyd etdiyi kimi, heç bir ölkə büdcəsiz mövcud ola bilməz.
Bayru Konstitusiyanın 49.3-cü maddəsini istifadə edərək qanun layihəsini təsdiqləyib.
Mətbuatda yayılan xəbərlərə görə, Sosialist Partiyası etimadsızlıq səsverməsini dəstəkləməyəcəyini bəyan etsə də, radikal solçu France Indomitable partiyası Bayru hökumətinə etimadsızlıq səsverməsi tələb edib.