“Bloomberg” – Donald Trampın yeni rüsum planına görə ABŞ-da ola bilsin benzinin qiyməti artsın
Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampın yeni rüsum planına görə ABŞ-da ola bilsin benzinin qiyməti artsın. Bu haqda “Bloomberg” yazır.
Trampın Meksika və Kanadadan idxala rüsumun artırılmasını nəzərdə tutan planı ola bilsin benzinin qiymətini artırsın, konkret olaraq 1 qallon üçün 50 sent.
Məlum olduğu kimi, ümumilikdə ABŞ-a idxal edilən hər 10 barel neftdən yeddisini Kanada və Meksika tədarük edir.
Trampın planı onun daxili enerji xərclərini azaltmaq və benzinin qiymətini bir qallon üçün 2 dollardan aşağı salmaq haqda seçkiöncəsi vədinə ziddir.
“Bloomberg”in yazdığı kimi, Amerika Birləşmiş Ştatlarında neft hasilatının rekord səviyyəyə yüksəlməsinə baxmayaraq, ölkənin hələ də idxala ehtiyacı var. Ötən il yanacaq istehsalçıları gündə 6,5 milyon barel neft vurublar, bu da İraq və Küveytin birgə hasilatına bərabərdir.
Məlumat üçün bildirək ki, Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk günündən Meksika, Kanada və Çindən gətirilən mallara rüsumları kəskin şəkildə artıracağını bildirib. Tramp, bu addımın qeyri-qanuni immiqrasiyaya və sərhəddən “cinayət və narkotik” axınına cavab ölçüsü olduğunu deyib.