"Bloomberg" - Donald Tramp Rusiya və Ukrayna arasında sülh razılaşmasının ABŞ-nin Müstəqillik Gününə, iyulun 4-nə qədər əldə olunmasına çalışır
"Bloomberg" - Donald Tramp Rusiya və Ukrayna arasında sülh razılaşmasının ABŞ-nin Müstəqillik Gününə, iyulun 4-nə qədər əldə olunmasına çalışır

 

Donald Tramp Rusiya və Ukrayna arasında sülh razılaşmasının ABŞ-nin Müstəqillik Gününə, iyulun 4-nə qədər əldə olunmasına çalışır – bu haqda “Bloomberg” amerikalı yüksək vəzifəli rəsmiyə istinadən yazır.

Amerikalı yüksək vəzifəli rəsmilər “Bloomberg”ə bildiriblər ki, Tramp müharibənin Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illiyini qeyd edəcəyi və prezidentin təntənəli tədbirə ev sahibliyi edəcəyi iyulun 4-nə qədər bitməsini istəyir.

“ABŞ razılaşmanın iyulun 4-nə qədər, Trampın Amerikanın müstəqilliyinin 250 illik yubileyinə həsr olunmuş tədbirinə qədər əldə olunmasına çalışır. Avropalı və NATO-nun yüksək vəzifəli nümayəndələrinin sözlərinə əsasən isə, Vladimer Putinin əsas tələblərini təmin etməyən bir razılaşmaya nail olmağa hazır olduğuna dair heç bir əlamət yoxdur” – nəşr yazır.

Bununla yanaşı, “Bloomberg” qeyd edir ki, Rusiya Prezidentinin tələblərinə görə üçtərəfli danışıqlar dalana dirənib.

“Bu il Əbu-Dabi və Cenevrədə üçtərəfli danışıqların üç raundu qətnamə olmadan başa çatıb. Tərəflər arasında danışıqların konstruktiv olaraq qalmasına baxmayaraq, faktiki olaraq dalana dirənib” – nəşr yazır.