"Bloomberg" - Donald Tramp Konqresə müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması tələbi ilə müraciət edir
“Bloomberg”in məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp Konqresə müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması tələbi ilə müraciət edir.
“Bloomberg”in məlumatına əsasən, Ağ Ev müdafiə üçün 1,5 trilyon dollar ayrılmasını tələb edir. Bu məbləğ Müdafiə Departamentinə ayrılan 1,1 trilyon dollar və əlavə resurslar üçün 350 milyard dolları əhatə edir.
Nəşrin yazdığı kimi, müdafiə ilə bağlı olmayan xərclər 73 milyard dollar və ya on faiz azaldılacaq.
“Bloomberg”in məlumatına əsasən, büdcə təsdiqlənərsə, bu, İkinci Dünya Müharibəsindən sonra bir il ərzində Pentaqonun maliyyələşdirməsində ən böyük artım olacaq.