"Bloomberg" - Donald Tramp Çin və Ukrayna da daxil olmaqla 49 ölkəni "Sülh Şurasına" dəvət edib, Avropa Komissiyası da dəvət olunanlar siyahısındadır
"Bloomberg" - Donald Tramp Çin və Ukrayna da daxil olmaqla 49 ölkəni "Sülh Şurasına" dəvət edib, Avropa Komissiyası da dəvət olunanlar siyahısındadır

 

“Bloomberg”in məlumatına əsasən, Donald Tramp 49 ölkəni “Sülh Şurasına” dəvət edib. Onların arasında Çin və Ukrayna da var. Avropa Komissiyası da dəvət olunanlar siyahısındadır.

“Bloomberg”in yazdığı kimi, Qəzza məsələləri üzrə “Sülh Şurasına” dəvət həmçinin Qazaxıstan, İsrail, Səudiyyə Ərəbistanı, Oman, Avstriya, Albaniya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya, Pakistan, Rumıniya, Qətər, Sinqapur, Sloveniya, İspaniya, Tayland, Özbəkistan, Vyetnam və digər ölkələrə göndərilib.

Agentliyin məlumatına əsasən, Donald Tramp bu həftə İsveçrənin Davos kurortunda “Sülh Şurası”nın təsis edilməsi ilə bağlı saziş imzalamaq istəyir.

Tramp Davosa yola düşməzdən əvvəl bildirib ki, əgər Fransa Prezidenti “Sülh Şurasına” qoşulmaqdan imtina edərsə, Fransa şərabına və köpüklü şərabına rüsum tətbiq edəcək.