“Bloomberg” – Corcia Meloni Avropa İttifaqını Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda bloku kimin və hansı mandatla təmsil etməli olduğunu müzakirə etməyə çağırır
İtaliyanın Baş naziri Corcia Meloni Avropa İttifaqını Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda bloku kimin və hansı mandatla təmsil etməli olduğunu müzakirə etməyə çağırır.
Bu haqda “Bloomberg” xəbər verir.
Medianın məlumatına əsasən, Avropa Şurasının prezidenti Antoniu Koştaya göndərdiyi məktubda Meloni qeyd edir ki, məsələ gələn həftə Dublində keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitdə müzakirə olunmalıdır. Koşta Avropa İttifaqının 27 üzv ölkəsinin liderlərinin görüşlərinə sədrlik edir.
Meloninin sözlərinə əsasən, Avropa İttifaqının maraqlarının müxtəlif danışıqçılar tərəfindən müxtəlif formatlarda təmsil edildiyi mövcud yanaşma Avropa İttifaqının nüfuzuna xələl gətirir.
“Əminəm ki, hamımız başa düşürük ki, Avropanın koordinasiya olmadan hərəkət etdiyi təəssüratını yaratdıqda, biz yalnız bu müharibəni davam etdirmək istəyənlərin əlinə oynayırıq. Bu, qəbuledilməzdir, çünki insan həyatı və təhlükəsizliyimizin gələcəyi tərəzinin gözündədir” – Meloni yazır.