"Bloomberg" - Avropa İttifaqı liderlərinin görüşü zamanı Fridrix Merts Viktor Orbanı tənqid edib və onu blokun təhlükəsizlik ehtiyacları ilə bağlı müzakirələri pozmaqda günahlandırıb
"Bloomberg" - Avropa İttifaqı liderlərinin görüşü zamanı Fridrix Merts Viktor Orbanı tənqid edib və onu blokun təhlükəsizlik ehtiyacları ilə bağlı müzakirələri pozmaqda günahlandırıb

 

Avropa İttifaqı liderlərinin görüşü zamanı Almaniyanın kansleri Fridrix Merts Macarıstanın Baş naziri Viktor Orbanı tənqid edib və onu blokun təhlükəsizlik ehtiyacları ilə bağlı müzakirələri pozmaqda günahlandırıb.

Bu haqda “Bloomberg” məlumat yayır.

Yayılmış məlumata əsasən, mübahisə Avropa İttifaqının özünü Rusiyanın təhlükələrindən necə daha yaxşı qoruya biləcəyi və Ukraynanı necə dəstəkləyə biləcəyi ilə bağlı məsələnin müzakirəsi zamanı baş verib.

“Bloomberg”ə əsasən, bu, blokun son aylarda Rusiyanın hava məkanını pozması fonunda müdafiənin bərpası planlarını birləşdirməyə çalışdığı bir vaxtda baş verir.

“Bu gərgin, xüsusilə maraqlı Avropa sammiti idi” – Orban Macarıstan mediasına deyib.